Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-28,
Seanews
Heyder Eliyev

Mumbay şəhərində yeni beynəlxalq kruiz terminalı ildə 500 gəmini qəbul edə bilər

21 aprel 2025-ci il tarixində Mumbayda (Hindistan) Mazaqaonda (Cənubi Mumbay) şərq sahilinin ərazisində ilk beynəlxalq kruiz terminalının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Hindistan hökumətinin limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval iştirak edib.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə “India Shipping News” nəşri məlumat yayıb.

Sahəsi 37 min kvadratmetrdən çox olan kruiz terminalı hər il 500 gəmini və 1 milyona qədər sərnişini qəbul edə və onlara xidmət göstərə bilər.

Terminal Mumbai limanı (“Mumbai Port Trust / MbPT”) administrasiyasının təyin etdiyi özəl operator tərəfindən idarə olunacaq. Terminalda sərnişinlərin qeydiyyat masaları, gömrük, immiqrasiya xidmətləri və digər tənzimləyici qurumlar var. Limanın rəhbərliyi kruiz terminalının operatoru ilə 30 illik müqavilə imzalayıb.

Təhlükəsizlik zəmanəti kimi 30 milyon rupi (300 000 dollar) ödəyən terminal operatoru illik 5% artımla 5 milyon rupi (50 000 dollar) icarə haqqı ödəyəcək. Terminalın dəyəri 300 milyon rupidir (3 milyon dollar).

Hindistan hökuməti kruiz limanının fəaliyyəti ilə həm yerli, həm də xarici turistləri cəlb etməyi hədəfləyir. Hazırda Mumbayın körpülərinə hər il yüzlərlə sərnişinlə 50-yə yaxın beynəlxalq kruiz gəmisi yan alır.

Hökumətə görə, ildə təxminən 300 000 hindistanlı kruiz səfərlərinə çıxır. Yeni terminal yerli turistlərə Mumbaydan beynəlxalq xətlərdən istifadə etməyə və gələn xarici turistlərin sayını dörd dəfə artırmağa imkan verəcək.

Terminal binasının birinci və ikinci mərtəbələri sərnişinlərə xidmət üçün ayrılacaq, təxminən 20 min kvadratmetr sahəsi olan yuxarı mərtəbələri isə kommersiya təşkilatlarına icarəyə veriləcək. Terminalın tikintisinə qoyulan vəsaitin 15-20 ilə geri

qayıdacağı ehtimal olunur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır