Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-29,
Seanews
Heyder Eliyev

“Sea-Cargo” şirkətinin iki Ro-Ro gəmisi rotor yelkənləri ilə təchiz ediləcək

Finlandiyanın köməkçi hərəkət sistemlərinin istehsalçısı “Norsepower” şirkəti Norveçin “Sea-Cargo” gəmiçilik şirkətindən iki Ro-Ro gəmisini rotor yelkən sistemi ilə təchiz etmək üçün sifariş alıb.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Norsepower”-in mətbuat xidməti məlumat yayıb.

Rotor yelkənləri Norveç və Avropa ölkələri arasında yük daşıyan iki 165 metrlik “Trans Hav” və “Trans Sol” gəmilərində quraşdırılacaq. Gəmilərin hər birində hündürlüyü 24 metr və diametri 4 metr olan üç yelkən olacaq. Belə köməkçi külək pərvanələrindən istifadə həmin marşrutda yanacaq sərfiyyatını yarıbayarı azaldacaq.

“Norsepower” şirkətinin verdiyi açıqlamada, “Sea-Cargo”-nun donanmasında qatlanan rotorlu yelkən sisteminə malik ilk Ro-Ro gəmisi olan “SC Connector”-un Şimal dənizində bir neçə illik istismarı ərzində orta hesabla 20-25% yanacağa qənaət edildiyi  deyilir. Bəzi marşrutlarda qənaət 70%-ə çatıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır