Hər beşinci “VLCC” gəmisinin yaşı 20 ildən çoxdur
Hazırda yaşı 20 ildən çox olan 130-a yaxın “VLCC” tankeri dənizdə fəaliyyətini davam etdirir. Bu gəmilərinin təxminən üçdə ikisinin qadağan olunan neftin daşınmasında iştirak etdiyi ehtimal olunur.
“Splash24/7” nəşri “Tankers International”-ın məlumatlarına istinadən xəbər verir ki, dörd il ərzində yaşı 20-ni keçən “VLCC”-lərin sayı iki dəfə artacaq ki, bu da bu ölçülü əməliyyat donanmasının 21%-ni təşkil edir.
Yeni gəmilərin tikintisinin az sifariş edilməsi isə köhnə tankerlərin hamısının yaxın illərdə əvəz edilməsini mümkünsüz edir.
Tonnaj çatışmazlığı “VLCC” tariflərini artırıb. Beləki, Yaxın Şərqdən Asiyaya daşıma tarifləri apreldə 2 min dollar artaraq gündəlik 55 min dollara çatıb.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır