“Wilson ASA” gəmiçilik şirkəti yeni ekoloji təmiz gəmisini istismara qəbul edib
Avropada kabotaj daşımaları ilə məşğul olan “Wilson ASA” şirkəti “WILSON ECO I” gəmisini istismara qəbul edib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu, ekoloji cəhətdən təmiz “ECO” quru yük gəmiləri seriyasından ilk gəmidir və Hindistanın “Udupi Limited SL Shipyard” tərsanəsində “Wilson” donanmasının genişləndirilməsi proqramı çərçivəsində
tikilən 14 gəmidən birincisidir.
Bu sinif (“CIP3800”) gəmilərin layihəsi Niderlandın “Conoship International” konstruktor bürosu tərəfindən işlənib. Layihə yüksək enerji səmərəliyi, əməliyyat çevikliyi və əlverişli ekoloji göstəricilərlə xarakterizə olunur. Gəmi dizel-elektrik hərəkət sistemi ilə
təchiz olunub və gələcəkdə köməkçi külək mühərrikləri və digər innovativ texnologiyaların inteqrasiyası üçün hazırlanıb.
“Wilson ECO I” layihəsinin enerji səmərəliyi indeksi IMO-nun 2025-ci ilə qədər daşınan yük vahidinə düşən istixana qazı emissiyaları standartından 30% aşağıdır.
Qeyd edək ki, “ECO” seriyasına dedveyti 3,8 min ton olan altı gəmi daxildir. Sonra dedveyti 6,3 min ton olan səkkiz gəmi tikiləcək. Gəmilər 2028-ci ilə qədər sifarişçiyə təhvil veriləcək.
“Seanews.az”