Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-29,
Seanews
Heyder Eliyev

ABŞ öz gəmilərinin Panama və Süveyş kanallarından pulsuz keçməsini istəyir

ABŞ öz gəmiləri üçün Panama və Süveyş kanallarından pulsuz keçid istəyir.

“Seanews.ru” “Splash”-a istinadən xəbər verir ki, bu niyyətini prezident Donald Tramp sosial şəbəkələrdən birində bildirib.

"Amerikanın həm hərbi, həm də kommersiya məqsədli gəmiləri Panama və Süveyş kanallarından sərbəst keçməlidir. Bu kanallar Amerika Birləşmiş Ştatlarsız mövcud olmazdı. Dövlət katibi Marko Rubiodan bu məsələyə dərhal baxmasını xahiş etdim...", -nəşr Trampın yazısından sitat gətirir.

 

Xatırladaq ki, ABŞ Panama kanalı üzərində nəzarəti bərpa etmək istəyini dəfələrlə bəyan edib. 20 yanvar 2025-ci ildə Tramp ABŞ-ın Panama kanalını geri alacağına söz verib.

ABŞ-ın müdafiə naziri Pit Herset Panama şəhərinə bu yaxınlarda səfəri zamanı bildirib ki, Birləşmiş Ştatlar Amerika hərbi gəmilərinin kanaldan “ilk və pulsuz” keçməsinə icazə verəcək razılaşma əldə etməyə çalışır. O, həmçinin strateji əhəmiyyətli kanalın "təhlükəsizliyini təmin etmək" üçün Amerika qoşunlarını Panamaya qaytarmaq ideyasını irəli sürüb.

 

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır