Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-29,
Seanews
Heyder Eliyev

İran Daxili İşlər Nazirliyi Bəndər Abbas limanında partlayışa səhlənkarlığın səbəb olduğunu bildirib

İranın Bəndər Abbas limanında (Şəhid Rəcai limanı) partlayış səhlənkarlıq ucbatından baş verib.

“Portnews.ru” xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İskəndər Momeninin bəyanatına istinadən “Mehr” agentliyi məlumat yayıb.

Nazir bildirib ki, partlayışa görə məsuliyyət daşıyanlar artıq saxlanılıb və dindirilib. Hadisəyə səhlənkarlıq, o cümlədən təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq səbəb olub.

Qeyd edək ki, aprelin 26-da Bəndər Abbas limanının kimyəvi maddələr anbarında güclü partlayış baş verib. Hadisə nəticəsində 46 nəfər dünyasını dəyişib, 1200-dən çox insan yaralanıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır