Amerikanın qırıcısı təyyarəsi gəminin göyərtəsindən dənizə düşüb
Amerikanın “F/A-18E Super Hornet” qırıcı təyyarəsi Qırmızı “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən dənizə düşüb.
“Seanews.ru” “Maritime Executive” nəşrinə istinadən xəbər verir ki, hadisə aprelin 28-də qırıcı təyyarə təyyarədaşıyan gəminin anqarında yedəyə alınarkən baş verib. "Heyət manevr zamanı təyyarəyə nəzarəti itirib, nəticədə qırıcı və yedək göyərtədən aşıb.
Bütün heyət üzvləri təhlükəsiz şəkildə təxliyə edilib. Bir dənizçi yüngül xəsarət alıb", - “Maritime Executive” nəşri yazır.
Təyyarədaşıyan gəmi Qırmızı dənizdə husilərə qarşı əməliyyatda iştirak edir. Rəsmilərin dediyinə görə, təyyarədaşıyan gəmi insident zamanı husilərin hücumundan yayınmaq üçün manevr edib.
Qeyd edək ki, “F/A-18E Super Hornet” qırıcı təyyarəsinin dəyəri 70 milyon dollardır.
“Seanews.az”