Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-30,
Seanews
Heyder Eliyev

Buzqıran gəminin tikintisi üçün 952 milyon dollar ayrılacaq

ABŞ Sahil Mühafizəsi “Polar Security Cutter” proqramı çərçivəsində işçi cizgilərin işlənib hazırlanması və ilk ağır Arktika buzqıran gəmisinin inşası üçün özəl gəmiqayırma şirkəti “Bollinger Shipyards”-a 951,6 milyon dollar ayıracaq.

Bu barədə “Bollinqer” mətbuat xidməti məlumat yayıb.

Proqram çərçivəsində ilk gəmi 2030-cu ilin may ayına kimi tikiləcək. Arktika buzqıran gəmisinin tikintisi proqramının baş podratçısı olan “Bollinger Shipyards” 2022-ci ilin noyabrında “VT Halter Marine”-i gəmiqayırma və gəmi təmiri şirkətini alıb. Bu günədək

“Bollinger” Missisipidəki gəmiqayırma və təmir müəssisələrini genişləndirmək üçün 76 milyon dollar sərmayə qoyub. ABŞ Sahil Mühafizəsinin sifarişi ilk növbədə “Bollinger Mississippi” gəmiqayırma şirkətinə əhəmiyyətli dəstək verəcək.

“Portnews.ru”-nun daha əvvəl xəbər verdiyi kimi, ABŞ Sahil Mühafizəsi hazırda iki - “Polar Star” və “Healy” buzqıran gəmilərini istismar edir. “Polar Star” buzqıran gəmisi 1976-cı ildə tikilib və ABŞ-da yeganə ağır buzqıran gəmidir.

Qeyd edək ki, ABŞ-ın Meksika körfəzində ən böyük özəl gəmiqayırma şirkəti olan “Bollinger Shipyards” 80 il əvvəl yaradılıb. Hazırda Luiziana və Missisipidə 13 gəmiqayırma zavodu var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır