Quru yük gəmilərinin tikintisi də, satışı da azalıb
Dünyada iqtisadi qeyri-müəyyənlik və yüksək qiymətlər yeni quru yük gəmilərinin tikintisi sifarişlərinin əhəmiyyətli dərəcədə azalmasının əsas səbəbi olub. Beləliklə, bu ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26% az gəmi sifariş edilib.
Bu barədə “Veson Nautical”-a istinadən xəbər verir.
"ABŞ-ın artan tarifləri ilə bağlı qlobal qeyri-müəyyənlik səngiməsə, bazarda da “hərarət” bir il ərzində ancaq aşağı düşəcək", - “Veson Nautical” proqnozlaşdırır.
Cari ilin ilk üç ayının nəticələrinə əsasən, təkrar bazarda satışın həcmi də 2024-cü ilin üçüncü rübündəki yüksək hədlə müqayisədə azalır. Belə ki, beş yaşı olan “Capesize” quru yük gəmilərinin satışı 11%, “Panamax”-ların satışı 12%, “Supramax” və “Handysize” quru yük gəmilərinin satışı isə 9% azalıb.
"2024-cü ildə təkrar quru yük gəmiləri bazarında kəskin qiymət artımı baş verdi. Hazırda qiymətlər bir az aşağı düşsə də, 2026-cı ildə artma ehtimalı var", - şirkət qeyd edir.
“Seanews.az”