Aralıq dənizi xüsusi nəzarət zonasına çevriləcək
Aralıq dənizi 2025-ci il mayın 1-dən gəmilərin kükürd emissiyalarına qarşı xüsusi nəzarət zonasına (ECA) çevriləcək.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, hazırda Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq, bütün dünyada dəniz yanacaqlarında kükürdün miqdarı 0,5%-i aşmamalıdır (alternativ olaraq işlənmiş qazları təmizləmək üçün skrubberlərdən istifadə etmək olar).
Bununla belə, Baltikyanı, Şimal dənizi, La-Manş körfəzi və ABŞ və Kanada sahilləri boyunca 200 millik zona və digərləri daxil olmaqla bir sıra su ərazilərində (xüsusi nəzarət zonaları - ECA) daha sərt məhdudiyyətlər tətbiq olunur: dəniz yanacağında kükürdün miqdarı 0,1% -dən çox olmamalıdır.
ECA ərazilərində dəniz yanacaqlarına olan tələblərə cavab vermək üçün gəmi sahibləri ya xüsusi təmizləyici qurğulardan (skrubberlər), ya da aşağı kükürdlü yanacaq yağları (ULSFO) və tələblərə cavab verən digər yanacaq növlərindən istifadə edirlər.
Bundan əlavə, Beynəlxalq Dəniz Təşkilatı hazırda Atlantik okeanının şimal-şərqinin xüsusi nəzarət zonasına daxil edilməsini müzakirə edir.
“Seanews.az”