Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-17,
Seanews
Heyder Eliyev

İstanbul və Çanaqqala boğazlarından keçid haqları artırılır

Heç bir limana daxil olmadan İstanbul və Çanaqqala boğazlarından keçən gəmilər üçün ödənilən haqlarda dəyişiklik ediləcək.
 
“Seanews.az” xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
 
Nazirin açıqlamasına görə, boğaz keçid haqlarının hesablanmasında əsas götürülən “Qızıl frank”ın dəyəri 2025-ci il iyulun 1-dən 15% artırılaraq 5,83 ABŞ dollarına çatdırılacaq.
 
Bu artım nəticəsində keçid haqları 2022-ci ildən əvvəlki dövrlə müqayisədə ümumilikdə 7,2 dəfə yüksəlmiş olacaq.
 
Nazir əlavə edib ki, 2024-cü il ərzində İstanbul və Çanaqqala boğazlarından keçid edən 51 min 58 gəmidən ümumilikdə 227,4 milyon ABŞ dolları gəlir əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır