İtaliyada Viking şirkətinin yeni kruiz gəmisi “Viking Mira” suya buraxılıb
İtaliyanın Fincantieri gəmiqayırma zavodunda Viking şirkətinə məxsus yeni kruiz gəmisi “Viking Mira” rəsmi şəkildə suya buraxılıb. Zavodun məlumatına əsasən gəmi hazırda tamamlanma mərhələsindədir və ilk səfəri 2026-cı ilin yazına planlaşdırılır.
“Viking Mira” kiçik ölçülü kruiz gəmiləri seqmentinə daxildir. Onun ümumi yükgötürmə qabiliyyəti 54 300 ton, kabinələrinin sayı 499, sərnişin tutumu isə 998 nəfərdir. Gəmi Aralıq dənizi və Şimali Avropa üzrə kruiz səfərləri həyata keçirəcək.
Məlumatda bildirilir ki, Viking şirkətinin bütün gəmiləri müasir naviqasiya və təhlükəsizlik standartlarına cavab verir, yüksək səmərəli mühərriklərlə və qaz emissiyalarının təmizlənməsi üçün qabaqcıl sistemlərlə təchiz olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır