ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Bəstəkar Fikrət Əmirov”, “PSK-40”, “PSK-48”, “PSK-51”, “MPK-470”, “MPK-455”, “Atlet-24”, “PSK-38”, “PS-153”, “MPK-474”, “MPK-452”, “Zülfi Hacıyev”, “Barja-701”, “Kapitan Ağasiyev”, “Turan”, “Üfüq” gəmilərində, eləcə də Dəniz Nəqliyyatı Donanmasının inzibati binası, anbarları, ərazisində aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır