ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Cəlil Məmmədquluzadə”, “Dağıstan”, “Professor Gül”, “Bəstəkar Fikrət Əmirov”, “Bərdə”, “Naxçıvan”, “Bulaq”, “Atlet-8”, “Neftqaz-58”, “SLV-370”, “Qaradağ-7”, “Abşeron-19”, “Şimal-58”, “Orion-12”, “Orion-25”, “Cəmil Niftəliyev”, “PSK-40”, “PSK-45”, “PSK-48”, “Çalqan-6”, “Abşeron-18”, “Abşeron-21”, “PSK-33”, “Zərdab-6”, “Orion-3”, “Orion-27”, “Orion-18”. “Çalqan-10”, “Orion-23”, “MPK-470”, “Turan” gəmilərində aparılıb. Bundan başqa, ASCO-nun tikilməkdə olan yeni inzibati binasında, Xəzər Dəniz Neft Donanmasının və Dəniz Nəqliyyat Donanmasının yeməkxanalarında da profilaktik dezinfeksiya işləri yerinə yetirilib.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.