Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-08,
Seanews
Heyder Eliyev

“Cəsur döyüşçü” medalı ilə təltif olunanlar arasında dənizçilər də var

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində iştirak edən bir qrup hərbi qulluqçunun “Cəsur döyüşçü” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.

Sərəncamla təltif edilənlər arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Professor Əziz Əliyev” gəmisinin ikinci mexaniki, leytenant Dəryanur Heybətov, Xəzər Dəniz Neft Donanmasının "Şahdağ" gəmisinin motorçusu Cəfər Səfərli və ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Ülvi Məlikov və Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu Cavad Məmmədzadənin adları da var.

Dənizçilər ailəsi adından həmkarlarımızı bu yüksək mükafata layiq gördüyü üçün Ali Baş Komandan, cənab İlham Əliyevə təşəkkürümüzü bildirir, Dəryanur Heybətov, Cəfər Səfərli, Ülvi Məlikovu və Cavad Məmmədzadəni təbrik edirik.

Eşq olsun Azərbaycan Ordusuna!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır