“Dənizçi təmir-tikinti” MMC-nin əməkdaşı Fizuli Əliyev 60 illik yubileyini qeyd edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Dənizçi təmir-tikinti” MMC-nin əməkdaşı (çilingər) Fizuli Əliyev 60 illik yubileyini qeyd edir.
Bu məqsədlə ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyar baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.
Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.
Yubiliyar öz növbəsində həmkarlarının qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib.
Qeyd edək ki, Fizuli Əliyev 1961-ci ildə Lənkəran rayonunun Tütəpeştə kəndində doğulub. 1980-ci ildə Bakı Politexnik Texnikomunu texnik-mexanik ixtisası üzrə bitirib.
1995-ci ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sıralarında çalışır.
Onu da bildirək ki, Fizuli Əliyev 1990-cı il 20 Yanvar faciəsində iştirak edərək yaralanıb. Bundan başqa, o, 1992-ci ildə Birinci Qarabağ müharibəsində qəhrəmanlıq nümayiş etdirib.



