Dənizçilər səbirsizliklə filmin nümayişini gözləyirlər
“CMA CGM” şirkəti, Ceyms Bond haqqında çəkilən “Ölmək vaxtı deyil” adlı filmin 25-ci seriyasında “EON Productions” kinokompaniyasının rəsmi ortağı olub.
"Seanews.az" xəbər verir ki, çəkiliş qrupunun tarixində ilk dəfə olaraq film istehsalında iki nəhəng konteynerdaşıyandan - 2,2 min TEU tutumlu “CMA CGM Fort Saint Georges” və 3,5 min TEU tutumlu “CMA CGM Fort De France” gəmilərindən, həmçinin min konteynerdən istifadə olunub. Bundan əlavə, “CMA CGM”-in 10-dan çox heyət üzvü çəkilişə cəlb edilib. Çəkilişlərin bir hissəsi “CMA CGM”-in Yamaykadakı “Kingston South Quay” konteyner terminalında baş tutub.
“CMA CGM”-in üzən heyəti və xüsusi sahil briqadası çəkiliş zamanı böyük həvəslə çalışıb və hazırda səbirsizliklə filmin nümayişini gözləyirlər.
“Ölmək vaxtı deyil” filminin təqdimatı sentyabrın 30-na nəzərdə tutulub.


