Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-26,
Seanews
Heyder Eliyev

Avstraliya 8 nüvə sualtı gəmisinə 65.9 milyard ABŞ dolları xərcləyəcək

Keçən həftə  Britaniya, ABŞ və Avstraliya arasında bağlanmış müqavilədən sonra Avstraliya yaxın 18 ayda Amerika texnologiyası əsasında nüvə sualtı gəmilərinə sahib olacağına əmindir.

“Seanews.az”-ın məlumatına görə, Avstraliyanı ən qısa müddətdə nüvə enerjisi ilə işləyən sualtı gəmilərlə təmin edəcək razılaşmanın Hind-Sakit okean bölgəsində son illərdə artan təhdidlə bağlı olduğunu ehtimal edənlər də az deyil.

Avstraliyanın Baş naziri Skott Morrison keçirdiyi mətbuat konfransında üç ölkə arasında bağlanan müqavilədən danışarkən deyib ki, “Səkkiz nüvə sualtı gəmisinin inşası Avstraliyanın hərbi qüdrətini xeyli artırmaqla yanaşı, müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını tələb edəcək. Nüvə sualtı gəmisinin tikintisi xərcləri 90 milyard Avstraliya dollarını (65.9 milyard ABŞ dolları) keçəcək.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır