Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

Milli Azərbaycan Tarixi Muzeyi və “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalandı

26 sentyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədi ilə görüş keçirilib.

Görüşdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və hər iki muzeyin əməkdaşları iştirak ediblər.

Görüş zamanı akademik N.Vəlixanlı qonaqları salamlayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüşdə hər iki muzeyin təşkilatçılığı ilə keçiriləcək yeni layihələr, elmi tədbirlər və elmi tədqiqatların aparılması istiqamətində fəaliyyətin genişlənməsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəni irsin qorunması, öyrənilməsi və təbliği, həmçinin elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə muzeydə mühafizə olunan sualtı arxeologiya materialları əsasında birgə keçiriləcək sərgi haqqında  qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda tərəflər onlar üçün prioritet və aktual olan elmi və mədəni-maarif layihələrinin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Memorandum imzalayaraq, razılığa gəliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır