Xətlərin cədvələ uyğunluq indeksi yüksəlib
Bu ilin avqustunda xətlərin cədvələ uyğunluq indeksi 2022-ci ilin iyul ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə - 5,8 faiz artaraq 46,2% təşkil edib. Ötən ilin göstəricisi ilə müqayisədə artım 12,7 faiz təşkil edib.
“Sea-Intelligence” şirkətinin məlumatına görə, həmçinin, əvvəlki ayla müqayisədə orta gecikmə müddəti 0,6 gün azalaraq 5,86 günə düşüb.
Bu ilin avqust ayında cədvələ uyğunluq baxımından 14 ən böyük xəttdən ən etibarlısı 53% uyğunluq dərəcəsi ilə “Maersk” olub.
“CMA CGM” 46% uyğunluq dərəcəsi ilə ikincidir.
“CMA CGM”-dan sonra 45,4% cədvələ uyğunluq indeksi ilə “Hamburg Süd” şirkəti gəlir.
8 xətt üçün cədvələ uyğunluq indeksi 30% ilə 40% arasında, qalan 6 xətt üçün isə 20% ilə 30% arasındadır. “Yang Ming” 29,8% ilə ən aşağı uyğunluq dərəcəsinə sahibdir.
Ümumiyyətlə, ötən illə müqayisədə 14 ən böyük xəttdən 12-də irəliləyiş müşahidə olunub. Eyni zamanda, 11 xətdə ikirəqəmli yaxşılaşma qeydə alınıb
“Seanews.az”


