Moskvada 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək
Oktyabrın 5-6-da Moskvada 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, forumda Xəzəryanı dövlətlərin Baş nazirləri iştirak edəcəklər. Forumda Xəzər ətrafındakı dövlətlərin iqtisadi əməkdaşlıq, nəqliyyat-tranzit əlaqələri müzakirə ediləcək.
Regionda cərəyan edən prosesləri nəzərə alaraq Xəzər dənizində təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


