Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

“DSME” iki LNG daşıyıcısı üçün sifariş alıb

Cənubi Koreyanın gəmiqayırma şirkəti “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) iki LNG daşıyıcısı tikmək üçün sifariş alıb.

Müqavilənin dəyəri 425 milyon dollardır.

Qaz daşıyıcılarının istismara verilməsi 2026-cı ilin iyul ayına nəzərdə tutulub.

Sifarişçinin adı, eləcə də gəmilərin texniki xüsusiyyətləri ilə bağlı təfərrüatlar açıqlanmır.

“Yonhap” sifarişin “DSME”, “Hyundai Heavy Industries” (“HHI”) və “Samsung Heavy Industries” (“SHI”) və “QatarEnergy” kimi Koreya gəmi inşaatçıları arasında cəmi 19,2 milyard dollar dəyərində 100 LNG daşıyıcısının tikintisinə dair razılaşma ilə əlaqəli ola biləcəyini ehtimal edir.

 “Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır