İki ildə təxminən 50 gəmi inşa etməyi planlaşdırır
Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentlik (“Rosmorrechflot”) 2024-2025-ci illərdə təxminən 50 gəmi inşa etməyi planlaşdırır.
Bu barədə Moskvada Dəniz Konqresi zamanı Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin rəhbəri Zaxari Djioyev bildirib.
Onun sözlərinə görə, donanmanın tikintisi lizinq mexanizmindən istifadə etməklə həyata keçirilir. 2022-ci ilin sentyabrında agentlik üçün iki gəmi istismara verilib və ilin sonuna kimi daha bir neçə gəminin istismara verilməsi gözlənilir.
“Artıq imzalanmış müqavilələr icra olunur. Müvafiq olaraq, gəmiqayırma zavodları işləyir”, - deyə agentlik rəhbəri vurğulayıb.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


