Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

“Maersk Container Industry”-yə yeni Baş icraçı direktor təyin edilib

Soren Let Yohannsen “A.P. Moller-Maersk” Qrupuna daxil olan konteyner istehsalçısı “Maersk Container Industry”-nin yeni Baş icraçı direktoru vəzifəsinə təyin edilib.

“Seanews.az”ın məlumatına görə, Şon Fitsceraldı əvəz edəcək və vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-də başlayacaq.

S.L. Yohannsen 2005-ci ildən “Maersk Container Industry”-də baş kommersiya direktoru kimi çalışır.

Qeyd edək ki, 2021-ci ilin payızında “A.P. Moller – Maersk”  “Maersk Container Industry” şirkətini  Çinin “China International Marine Containers” (“CIMC”) şirkətinə satmaq qərarına gəlmişdi.

“Maersk Container Industry”-nin  bütün strukturları və aktivləri, o cümlədən Sindaodakı soyuducu konteyner zavodu, həmçinin Danimarkadakı tədqiqat bölməsi və təcrübə sahəsi “CIMC”-nin mülkiyyətinə çevrilməli idi. Lakin sövdələşmə ABŞ Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmədi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır