Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

“Maersk”-in iki yanacaqla işləyən gəmilərinin sayı 19-a çatacaq

“A.P. Moller-Maersk” (“Maersk”) yanacaq kimi "yaşıl" metanoldan istifadə edə biləcək daha altı iritonajlı dəniz gəmisinin tikintisini sifariş verib.

“Seanews.az”ın məlumatına görə,  tikinti müqaviləsi Cənubi Koreyanın “Hyundai Heavy Industries” (“HHI”) gəmiqayırma şirkəti ilə imzalanıb. Hər bir gəminin konteyner tutumu təxminən 17 000 TEU olacaq.

Yeni sifarişlə “Maersk”-in donanmasında iki yanacaqla işləyən gəmilərinin sayı 19-a çatacaq. Adi dəniz yanacağı ilə işləyən mühərriklərlə müqayisədə iki yanacaqlı mühərriklərdən istifadənin əlavə dəyəri 8-12% təşkil edir.

Altı yeni gəminin hamısının 2025-ci ildə sifarişçiyə təhvil verilməsi planlaşdırılır. Konteyner gəmiləri Danimarka bayrağı altında üzəcək.

Gəmilər “Maersk”-in davam edən donanmanın yenilənməsi proqramının bir hissəsi kimi tikilir. Onlar ömrünün sonuna yaxınlaşan bərabər sayda tonajlı gəmiləri əvəz edəcəklər. “Maersk” həm öz, həm də icarəyə götürülmüş konteyner gəmiləri hesabına 4,3 milyon TEU donanma tutumuna nail olmağı hədəfləyib. Bütün 19 gəminin istismara verilməsi ilə karbonmonoksit emissiyalarının illik azalması təxminən 2,3 milyon ton təşkil edəcək.

“A.P. Moller-Maersk” 130-dan çox ölkədə fəaliyyət göstərən böyük beynəlxalq şirkətlər qrupudur. “Maersk Line” isə qrupun ən böyük xətti konteyner daşıyıcısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır