Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

Rusiyadan dizel yanacağı ilə ikinci tanker Braziliyaya gəlib

Anbarları dizel yanacağı ilə dolu ikinci tanker Braziliyaya çatıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Cənubi Amerika Respublikasının prezidenti Jair Bolsonaro özünün “Teleqram” kanalında bildirib.

Rusiyadan gətirilən təxminən 30 milyon litr dizel yanacağı Paranaqua limanında boşaldılacaq.

Dövlət başçısının bildirdiyinə görə, ölkə hakimiyyəti pərakəndə yanacaq bazarında qiymətləri aşağı salmaq üçün bu növ məhsulun əlavə həcmlərini idxal edir.

Qeyd edək ki, sentyabrın sonunda Rusiyadan ilk tanker Santos limanına təxminən 35 milyon litr dizel gətirmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır