Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

Orduda xidmət etməyən dənizçi hərbi komissarlığın qadağası səbəbindən səfərə gedə bilməyib

Rostov-Donda Leninski və Kirovski rayonlarının hərbi komissarlığı 38 yaşlı ehtiyatda olan dənizçiyə ticarət gəmisində səfərə çıxması üçün lazım olan ölkəni tərk etmək icazəsi verməkdən imtina edib.  

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, Rusiya Dənizçiləri Həmkarlar İttifaqının  bəyanatında belə deyilir.

Bildirilir ki, Rostov vətəndaşı çağırış vərəqəsi almayıb, lakin o, özü hərbi komissarlığa gələrək ölkədən kənara gedə biləcəyini öyrənmək istəyib. Dənizçi sualına cavab ala bilməyib, ona sadəcə gözləmək tapşırılıb.

Matros səfərbər olunmayacağına inanır, çünki o, orduda xidmət etməyib və "məhdud uyğunluq" – “B” kateqoriyasına malikdir.  Eyni zamanda, hərbi komissarlıqdan arayış olmasa, dənizçi qazancını itirə bilər. Bununla əlaqədar olaraq, matros vəkil tutmağı və onunla hərbi komissarlıqda sənəd almaq problemini həll etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dənizçiləri Həmkarlar İttifaqı hökuməti donanma işçilərinə hərbi xidmətə çağırışdan möhlət hüququ verməyə, habelə dəniz nəqliyyatı təşkilatları üçün dənizçilərin hərbi xidmətdən azad edilməsi prosedurunun yaradılması imkanlarını nəzərdən keçirməyə çağırmışdı. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır