Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-30,
Seanews
Heyder Eliyev

Azərbaycan ilk dəfə Avropanın ən iri nəqliyyat sərgisində təmsil olunur

Azərbaycan ilk dəfə Almaniyanın Münhen şəhərində keçirilən “Nəqliyyat və logistika” sərgisinə qatılıb.

Messe Münhen mərkəzində təşkil olunan sərgidə ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vahid milli stenddə təmsil edir. Stenddə hər üç şirkətin nümayəndələri sərgi  iştirakçılarına ölkəmizin tranzit potensialı, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycandan keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələri və onların üstünlükləri barədə ətraflı məlumat verərək, əməkdaşlığa dair görüşlər keçirir, danışıqlar aparırlar.

Bugün öz işinə başlayan sərgi iyunun 7-dək  davam edəcək.

“Nəqliyyat və Logistika” sərgisi nəqliyyat va logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Almaniyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zamanda geniş əhatəli konfrans proqramı təklif edilir və məlumat mübadiləsi uçun platformalar yaradılır.

Qeyd edək ki, ekspozisiya sərgi mərkəzinin 10-dan artıq pavilyon və açıq meydançasında yerləşdirilib. 115 000 m2 sahəni əhatə edən sərgiyə 62 ölkədən 2 500-ə yaxın iştirakçı qatılıb. Bunlar nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətlərinin təmsilçiləridir.

Sərgiyə 123 ölkədən 60 000-dən artıq ziyarətçinin baş çəkəcəyi gözlənilir.

Hər bir ildən bir keçirilən “Nəqliyyat və logistika” sərgisi bu tip sərgilər arasında xüsusi seçilir. Avropanın ən böyük sərgisi hesab olunan Münhen sərgisi dünyada miqyasına görə ilk beşliyə daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır