Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Avstraliya ABŞ-dan səkkiz nüvə sualtı qayığı alır

Avstraliya 100 milyard dollara ABŞ-dan səkkiz nüvə sualtı qayıq almağa hazırdır.

Avstraliyanın Baş naziri Entoni Albaneze federal hökumətin 100 milyard dollara səkkiz ABŞ gəmisinin alınmasını nəzərdə tutan sazişə sadiqliyini bir daha təsdiqləyib.

Albaneze qabaqcıl hərbi texnika ilə bağlı xarici müttəfiqlərdən asılılığın qarşısını almaq üçün yerli müdafiə istehsalı müəssisələrinin genişləndirilməsinə də söz verib.

Xatırladaq ki, 2021-ci ilin sentyabırnda ABŞ, Avstraliya, Böyük Britaniya arasında Asiya və Sakit okean regionunda Çin təhlükəsinə qarşı AUKUS sazişi imzalanıb. Onun şərtlərinə görə, Avstraliya ABŞ texnologiyası ilə adi silahlarla təchiz olunmuş azı 8 ədəd nüvə sualtı qayığı inşa edəcək, ordusunu ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcək. Bununla bağlı Avstraliya Fransa ilə 12 sualtı qayığın tikintisi barədə qüvvədə olan 50 milyard avroluq müqaviləyə birtərəfli şəkildə xitam verib. Hazırda Avstraliya dəniz qüvvələrində nüvə sualtı qayığı yoxdur.

 “Report”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır