Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

ernləşdirilmiş “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla ke

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi  Zavodunda əsaslı təmirə dayanan “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib. Sınaq zamanı 16 uzel sürətlə hərəkət edən gəmidə heç bir çatışmazlıq aşkarlanmayıb.  Qeyd edək ki, “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş  iki köməkçi mühərriki   “Hyundai” markalı mühərriklərlə əvəzlənib.  Yeni quraşdırılan 1000 kilovat gücündə  mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından da sərfəlidir. Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici mühərrik və qurğuları yeni layihə əsasında dəyişdirilib.  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təzə baş mühərrikləri Finlandiyadan sifariş edib.  “Wartsila” markalı W32 baş mühərriki dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir. Eyni zamanda  “Dağıstan” gəmi-bərəsinin bütün  idarəetmə sistemləri dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Bundan başqa,  pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları  da təzələri ilə əvəzlənib. Bərənin bütün köməkçi –  yağ, su, balast sistemləri və sair  əsaslı təmir olunub. Buxar qazanı  yanacaq yandırma  sistemləri əvəzlənməklə müasirləşdirilib.  Gəmi-bərənin gövdə və  sualtı hissələri də təmir olunaraq rənglənib. Yaşayış və xidmət sahələri müasir standartlara uyğun təmir edilib. Məlumat üçün bildirək ki, “Dağıstan” bərəsinin  yükgötürmə qabiliyyəti 2425 tondur. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil,  üst göyərtə isə vaqon daşımaq  üçün nəzərdə tutulub.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır