Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Dünyanın ilk metanolla işləyən konteyner gəmisi “Laura Maersk” adlandırılıb

Kopenhagen limanında keçirilən mərasimdə “Maersk” üçün inşa edilən dünyanın ilk metanolla işləyən konteyner gəmisinə ad verilib.

“Seanews.az” xəbər verir ki, gəminin xaç anası, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen gəmini “Laura Maersk” adlandırıb. 

Qrupun baş direktoru Vincent Klerk mərasimdə çıxış edərkən qeyd etdiyi kimi, “Laura Maersk” bütün qlobal gəmiçilik sənayesi üçün əlamətdar hadisəyə çevrildi. "Bu yeni yaşıl gəmi ehtiyac duyduğumuz sıçrayışı təmsil edir, lakin sıfır emissiyaya çatana qədər hələ çox yolumuz var", - deyib.

Konteyner gəmisinə “Laura” adı təsadüfən verilməyib. Şirkətin qurucusu kapitan Peter Maersk-Moller 1886-cı ildə ilk gəmisini belə adlandırıb. “Laura” həm də açıq mavi fonda səkkizguşəli ulduzu təsvir edən və sonradan “Maersk”-in loqosuna çevrilən ilk gəmi idi.

Xatırladaq ki, gəminin tikintisi 2021-ci ildə sifariş edilib və Koreyanın “Hyundai Mipo” gəmiqayırma zavodunda inşa olunub.

Tutumu 2,1 min TEU və uzunluğu 172 metr olan fider konteyner gəmisi Danimarka bayrağı altında istismar ediləcək.

Qeyd edək ki, “Maersk”-in sifariş portfelinə hazırda 2024-2027-ci illər arasında çatdırılması planlaşdırılan 24 metanolla işləyən gəmi daxildir. Bunlar daha böyük tutumlu, 16-17 min TEU olan konteyner gəmiləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır