Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Titanik” geri qayı

Avstraliyalı iş adamı, “Blue Star Line” şirkətinin sahibi Kliv Palmer “Titanik”in əkizini inşa etdirir. Orijinalından fərqlənməyəcək gəmi bu il Çinin Jianqsu kəndindən Dubaya doğru ilk səfərinə çıxacaq. “Seanews.az” xəbər verir ki, gəmi400 milyon funt sterlinqə başa gələcək. Yeni “Titanik”in içində kompyuter və televizor kimi texnoloji məhsullara yer verilməyəcək. Planlarda diqqət çəkən tək yeni əlavə xilasedici botların çoxluğudur. Ümumiyyətli, yeni “Titanik” tam müasir xilasetmə sistemləri ilə təchiz ediləcək.   “Titanik II”-nin içində sadə idman salonu və hovuz da olacaq. Gəmi bir səfərdə 2 min 435 sərnişinlə ve 900  heyəti daşıya biləcək. Ancaq “Titanik II” orijinalından fərqli 13 metrə uzun olaraq dizayn edilib.  269 metr uzunluğa, 53 metr hündürlüyə, 40 min ton ağırlığa malik gəmi 9 mərtəbədən ibarət olacaq. Orijinalında olduğu kimi burada da radio otağı Markoni sistemi ilə qurulub.  Markoni otağı həm də tarixi əhəmiyyət daşyacaq.   Xatırladaq ki, ilk “Titanik” gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas olsa da, 1 514 nəfər həyatını itirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır