Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

İki neft tankerinin tikintisi 171 milyon dollara başa gələcək

Cənubi Koreya gəmiqayırma şirkəti “HD Korea Shipbuilding & Offshore Engineering Co.” (“HD KSOE”) Sakit okean gəmiçiliyindən iki neft tankerinin tikintisi üçün 171 milyon dollarlıq (231,8 milyard von) sifariş əldə edib.

“Seanews.az” xəbər verir ki, “HD KSOE” müştərinin adını açıqlamayıb.

Tankerlər “HD KSOE”-nin üç gəmiqayırma bölməsindən biri olan “Hyundai Samho Heavy Industries Co”-da (Yonam limanında) tikiləcək. Onların istismara verilməsi 2026-cı ilin mart ayına planlaşdırılır.

Növbəti müqavilədən sonra “HD Korea Shipbuilding”-in 142 gəmi və üzən FSRU sistemini özündə birləşdirən sifariş portfelinin dəyəri 20,19 milyard dollara çatıb ki, bu da illik proqramın (15,74 milyard dollar) 128,2%-ni təşkil edir.

Analitik Clarkson Research neft tankerləri sifarişlərinin illik müqayisədə 63% artaraq 2023-cü ildə 325 gəmiyə, 2024-cü ildə isə 15% artaraq 375 gəmiyə çatacağını proqnozlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır