Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb ol

Gəmiçiliyin “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində    Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir. Hazırda işlər uğurla davam etdirilir.  İrimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirmək, eyni zamanda  əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır. Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif  tip ixtisaslaşdırılmış gəmilər var ki, buda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərdiyi xidmətlərin çoxşaxəliyinə   görə dünyada unikal şirkətlər sırasına daxil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır