Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

AXDG” QSC-nin gəmiləri Xəzərin Rusiya sektorunda dibdərinləşdirmə işləri gö

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus bir sıra gəmiləri “Voltar Marine” şirkətinin sifarişi əsasında “Filanovski” yatağında dibdərinləşdirmə işləri yerinə yetirir. Dibdərinləşdirmə layihəsinin icrasına bir  torpaqqazan  (“Mühəndis Balarza Məmmədov”),  üç torpaqdaşıyan (“Bakinskaya 3”, “Bakinskaya 5”, “Bakinskaya 6”) və “Yarenqa”  təchizat-yedək gəmiləri cəlb olunub. Ümumilikdə 27050 kubmetr qazma işləri həyata keçirilib və bununla da 26.06.2018-ci ildə start götürən  layihənin birinci mərhələsi başa çatıb. “Filanovski” yatağında layihənin ikinci mərhələsində görülməsi planlaşdırılan işlər də Gəmiçiliyin gəmiləri ilə yerinə yetiriləcək. Belə ki, 600 ton yükqaldırma qabiliyyətinə malik “Qurban Abasov” kran gəmisi həmin ərazidə platformanın dayaq blokunun quraşdırılması işlərində, “Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarında  istismar ediləcək. Layihə zamanı bütün SƏTƏM prosedurlarına riayət olunub və heç bir xoşagəlməz hadisə baş verməyib. Qeyd edək ki, “AXDG” QSC-nin gəmiləri “Filanovski” yatağındakı işlərin növbəti mərhələlərinə də cəlb olunacaq. İrimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirməklə yanaşı, eyni zamanda  əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır. Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif  tip ixtisaslaşdırılmış gəmilər var ki, buda Gəmiçiliyi göstərdiyi xidmətlərin çoxşaxəliyinə   görə dünyada unikal şirkətlər sırasına daxil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır