Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” 919,6 milyon dollara 4 LNG tankeri tikəcək

Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün 919,6 milyon dollara 4 tanker inşa edəcək.

“Seanews.az” xəbər verir ki, gəmilər Asiya gəmiçilik şirkətlərindən biri üçün tikiləcək. Sifarişçinin adı və tankerlərin istismara verilmə vaxtı açıqlanmır. Gəmilər “Hanwha Ocean” tərsanəsində inşa ediləcək.

Agentliyin məlumatına görə, 2024-cü ilin əvvəlindən “Hanwha Ocean” ümumi məbləği 3,27 milyard dollar olan gəmiqayırma müqavilələri bağlayıb. Bura 12 LNG tankerinin, iki VLCC neft tankerinin və iki ammonyak tankerinin tikintisi daxildir. Bütün əvvəlki ildə “Hanwha Ocean” 4,1 milyard dollarlıq sifarişlər almışdı.

Əvvəllər şirkət rəhbərliyi müəssisənin gücünü artırmağı və 2025-ci ildən 25 LNG tankeri (hazırda 22 gəmi) tikməyi planlaşdırdığını açıqlamışdı.

“Hanwha Ocean” (keçmiş “Daewoo Shipbuilding & Marine Engineering”, “DSME”) sifariş həcminə görə dünyanın üçüncü ən böyük gəmiqayırma şirkətidir. Bu, Cənubi Koreyanın kimya və müdafiə sənayesində şirkətlər qrupuna daxil olan “Hanwha Group”-un bölməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır