Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Hibrid yedək gəmisi istifadəyə verilib

“Seatrium JMS Sunshine” şirkəti “MTU Series 4000M55RN” hibrid 16 silindrli LNG mühərriki ilə işləyən yedək gəmisini istismara verib.

“Seanews.az” xəbər verir ki, 29 metr uzunluğunda “JMS Sunshine” dünyanın ilk LNG-hibrid yedək gəmisi kimi təsvir edilir.

Mühərrik maksimum gücünə iki 1492 kVt MTU qaz mühərriki və iki 500 kVt elektrik mühərriki ilə çatdırılır.

“Nordic Engineering” telegram kanalı xatırladır ki, 2021-ci ildən Niderlandın “Doeksen Shipping” şirkəti Şimal dənizində MTU qaz mühərrikləri ilə iki katamarandan istifadə edir. Almaniyada isə oxşar mühərrikli bərə demək olar ki, bir ildir uğurla istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır