Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Filippin 5 böyük patrul gəmisi alacaq

Filippin milli sahil mühafizəsini gücləndirmək üçün patrul gəmiləri alacaq.

Ordu.az xəbər verir ki, Çinin Hind-Sakit okean regionunda artan nüfuzu qarşısında Yaponiya hökuməti həmfikir ölkələrə müdafiənin maliyyələşdirilməsini dəstəkləməyə davam edir.

Filippin Yaponiya ilə 5 böyük patrul gəmisinin tədarükünə dair müqavilə imzalayıb.

Razılaşmaya görə, 2028-ci ilə qədər Yaponiya istehsalı olan 97 metr uzunluğunda 5 sahil mühafizə gəmisi Filippin Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Bildirilib ki, gəmi tədarükü müqaviləsi Manila hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) arasında imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır