Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Seaspan” şirkətinin yeni nəsil fider gəmi konsepsiyası bəyənilib

Beynəlxalq Təsnifat Cəmiyyəti “Lloyd's Register” (“LR”) “Seaspan” şirkətinə yeni nəsil fider gəminin ilkin layihəsi üçün prinsipial təsdiq sertifikatı verib.

“Seanews.az” xəbər verir ki, Cəmiyyətin məlumatında belə deyilir.

“Technolog” konstruktor bürosunun (“Seaspan” və “LR-“nin iştirakı ilə) hazırladığı layihəyə əsasən, 198 metr uzunluğunda olacaq gəminin istismar zamanı güc qurğularını mayeləşdirilmiş təbii qazdan ammonyak yanacağına çevirmək imkanı olacaq.

Qeyd edilir ki, “Seaspan” bir sıra “LR” təşəbbüslərinin, o cümlədən dəniz daşımalarında metan emissiyalarının azaldılması layihəsinin, yanğın və yük itkiləri ilə mübarizə təşəbbüsünün tərəfdaşı və təsisçisidir. “Seaspan” və “LR”, həmçinin alternativ yanacağa keçid zamanı heyətin təhlükəsizliyini təmin etmək üçün proqramlar üzərində işləyirlər. Layihənin ikinci mərhələsində üç şirkət iki yanacaqlı ammonyak fider gəminin yaradılması üzrə işləri davam etdirmək niyyətindədir.

Kanada qrupu “Seaspan Corporation” (“Atlas Corp.”-un törəmə şirkəti) konteyner gəmilərinin sahibi və müstəqil operatorudur. Şirkət gəmilərini ən böyük konteyner daşıyıcılarına uzunmüddətli taym-çarter müqavilələri əsasında sabit tariflə icarəyə verir.

“Lloyd's Register” dəniz gəmilərinə mühəndis-texniki xidmətlər üzrə böyük təsnifat cəmiyyətidir. “LR” müxtəlif elmi, texniki tədqiqat və təhsil layihələrini dəstəkləyən Lloyd's Register Foundation”-a daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır