Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Almaniya Hərbi Dəniz Qüvvələri üçün ikinci işlənmiş yedək gəmisi alınıb

Bundesverin Satınalma İdarəsi Almaniya Hərbi Dəniz Qüvvələri üçün ikinci okean yedək gəmisinin alınması üzrə tenderin nəticələrinə yekun vurub.

“Seanews.az”  xəbər verir ki, bu barədə Almaniyanın “Hartpunkt” nəşri məlumat yayıb.

“Rügen” yedək gəmisi kimi, “Brithuil Guardian”  (gələcək “Borkum” adlandırılacaq) da təkrar bazarda alınıb və bu məqsədlə bir neçə on milyon avro xərclənib.

Hər iki okean yedək gəmisi ən azı altı il müddətində müvəqqəti həll yolu kimi nəzərdə tutulub. Bundesver hesab edir ki, işlənmiş gəmilərin alınması onların daha tez istismarına imkan verəcək.

“Brithuil Guardian” və keçən il alınmış “Rügen” gəmisindən “Wangeroog”, “Spiekeroog” və “Fehmarn” yedək gəmilərini əvəz etmək üçün istifadə olunacaq.  Yaşı 50-dən çox olan həmin gəmilərin təmiri iqtisadi cəhətdən sərfəli deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır