Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Fincantieri” kruiz operatoru “Viking” iki kruiz gəmisi inşa edəcək

Nəhəng gəmiqayırma qrupu “Fincantieri” və kruiz operatoru “Viking” (keçmiş “Viking Cruises”) əvvəllər verilmiş layihələrə uyğun iki kruiz gəmisinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Fincantieri”-nin mətbuat xidməti məlumat yayıb.

Şirkətlərin əməkdaşlığı 2012-ci ildə başlayıb və o vaxtdan bəri “Fincantieri” “Vikingə” 20 gəmi, o cümlədən törəmə müəssisəsi “Vard” tərsanəsində inşa edilmiş iki ekspedisiya kruiz gəmisi təhvil verib.

Yeni gəmilər ən son ekoloji tələblərə və gəmiçilik qaydalarına uyğun olaraq tikiləcək və müasir təhlükəsizlik sistemlərinə cavab verəcək. Onların 2028 və 2029-cu illərdə istismara verilməsi planlaşdırılır. Gəmilərin hər birinin 998 sərnişin üçün nəzərdə tutulan 499 kayutu olacaq.

“Fincantieri” açıqlamasında müqavilənin dəyərinin 1 milyard avroya çata biləcəyini bildirib.

200 ildən çox yaşı olan “Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. 7 mindən çox gəmi inşa edən qrup dörd qitədə yerləşən 18 gəmiqayırma zavodunu birləşdirir. Törəmə şirkətləri İtaliya, Norveç, Monako, İsveç, Polşa, Çin, Hindistan, Bəhreyn, BƏƏ, Sinqapur, Yaponiya, ABŞ, Kanada, Braziliya və Avstraliyada yerləşir. “Fincantieri”-nin sifariş portfelinə hazırda 106 müxtəlif gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır