Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çində yeni buzqıran gəmi istifadəyə verilib

Çinin Quançjou şəhərində (Cənubi Quandun əyaləti) “Jidi” (“Qütb” və ya “Qütb bölgəsi”) adlandırılan yeni nəsil buzqıran gəminin istismara verilməsi mərasimi keçirilib.

“Seanews.az”  xəbər verir ki, gəminin uzunluğu 89,95 metr, eni 17,8 metr, ümumi tutumu 4,6 min tondur. Buzqıran gəmi saatda 15 dəniz milinə qədər sürət yığmağa qadirdir və onun ümumi üzmə məsafəsi 14 min dəniz milidir. Gəmi 60 heyət üzvü ilə 80 günə qədər dənizdə avtonom üzə bilər. Bu ilin ikinci yarısında buzqıran gəmi ilk ekspedisiyasına yola düşəcək. Onun əsas vəzifələri dəniz tədqiqatları, ətraf mühitin monitorinqi və su səviyyəsinin ölçülməsi olacaq.

Əvvəllər xəbər verildiyi kimi, Çin tərsanələrinin portfelində çoxlu sayda yüksək texnologiyalı gəmilər peyda olub.

2023-cü ilin sonunda “Syuelun” və “Syuelun -2” buzqıran gəmiləri göyərtəsində bir qrup alimlə birlikdə Şanxay limanından Çinin Cənub Qütbünə 40-cı elmi-tədqiqat ekspedisiyasına yola düşdü. Ekspedisiyaya Çjanszyahan limanından çıxan “Tyanhuy” yük gəmisi də qoşulub.

Hazırda Çinin Antarktidada dörd stansiyası var - Çançen, Çjunşan, Kunlun və Tayşan.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır