Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çin daşıyıcısı nəhəng elektrik konteyner gəmiləri sifariş edib

“Ningbo Ocean Shipping” şirkəti Çində ilk və dünyada ən böyük hesab etdiyi iki elektrik konteyner gəmisi sifariş edib.

“Seanews.az” xəbər verir ki, “Jiangxi Jiangxin Shipbuilding Co.”-nin inşa edəcəyi gəmilərin layihəsi Şanxay Gəmiqayırma Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən hazırlanıb.

Gəminin göyərtəsindəki texnologiyalar arasında istismarın və sahildə texniki xidmətin monitorinqi də olacaq. Sistemlər gəmini uzaqdan idarə etməyə imkan verəcək.

Gəmilərin inşa tarixləri açıqlanmayıb. Layihə konsepsiyası, gəminin forması və bütün texnologiyalar ətraf mühitin mühafizəsini təmin etməyə uyğunlaşdırılacaq.

“Ningbo Ocean Shipping” şirkətinin əsası 30 il əvvəl qoyulub və hazırda şimal və cənub sahilləri və Yangtze çayı boyunca 39 limanı birləşdirən 33 konteyner xəttinə xidmət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır