

Malayziyada təchizat gəmisində partlayış baş verib
Malayziyanın Samalaju bölgəsində təchizat gəmisində partlayış baş verib.
“Seanews.az” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Partlayış zamanı gəminin göyərtəsində 16 heyət üzvünün olub.
Partlayış maşın şöbəsində qeydə alınıb.
Hazırda partlayışın səbəbləri müəyyənləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır