Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Təsnifat cəmiyyəti “MOL”-un tərəfdaşları ilə hazırladığı LH2 tanker konsepsiyasını bəyənib

Yaponiyanın konteyner daşıyıcısı “Mitsui O.S.K. Lines”-in (“MOL”) iştirakı ilə bir qrup şirkət tərəfindən hazırlanmış 80 min kubmetr mayeləşdirilmiş hidrogenin (LH2) dəniz daşınması üçün elektrik güc mühərrikli tankerin konsepsiyası Norveçin “DNV” (“Det Norske Veritas”, Oslo) təsnifat cəmiyyəti tərəfindən prinsipcə (AiP) təsdiqini alıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “MOL” gəmiçilik şirkətinin mətbuat xidmətindən bildirilib.

Konsepsiyanın hazırlanmasında Avstraliyanın “Woodside Energy” (“Woodside”) enerji şirkəti, həmçinin Cənubi Koreyanın “HD Korea Shipbuilding and Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma qrupu və “Hyundai Glovis” gəmiçilik şirkəti iştirak edib.

Qeyd olunur ki, “MOL”-un mühəndisləri gəminin konstruksiyası, istismarı və ətraf mühitə mənfi təsir risklərinin müəyyən edilməsi metodologiyasından istifadə etməklə bir sıra tədqiqatlar aparıblar.

“MOL”-un üç beynəlxalq tərəfdaşla 2024-cü ilin yanvarında başlayan əməkdaşlığı LH2 tankeri istismara verilənədək - 2030-cu ilədək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır