Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“HD KSOE” 303,7 milyon dollara altı konteyner gəmisi inşa edəcək

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma qrupu avropalı yükgöndərən üçün altı orta ölçülü konteyner gəmisi tikəcək.

“Seanews.az” xəbər verir ki, sifarişin ümumi dəyəri 403,9 milyard von və ya 303,7 milyon dollardır.

“HD KSOE”-nin üç gəmiqayırma bölməsindən biri olan “HD Hyundai Mipo Dockyard” gəmiləri Seuldan təxminən 300 km cənub-şərqdə, Ulsandakı tərsanəsində inşa edəcək.

Gəmilər 2027-ci ilin avqust ayına qədər sifarişçiyə təhvil verilməlidir.

Bu il “HD Korea Shipbuilding” 17,3 milyard dollar dəyərində 156 gəmi tikintisi sifarişi alıb və illik 13,5 milyard dollarlıq hədəfi üstələyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır