Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“CMES” yeni nəsil neft tankerləri sifariş edib

“China Merchants Energy Shipping” (“CMES”) Honkonqdakı törəmə şirkəti “Haihong Shipping” vasitəsilə “Dalian Shipbuilding Industry Group” ilə 10 yeni nəsil neft tankerinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqavilə dedveyti 306 min ton olan beş VLCC tankerinin və dedveyti 115 min ton olan beş “Aframax” tankerinin tikintisini nəzərdə tutur.

Bütün neft tankerləri yeni nəsil enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz gəmilər olacaq.

Bu tankerlər “Dalian Shipbuilding” və ona bağlı tərsanələrdə tikiləcək və 2027-2028-ci illərdə sifarişçiyə çatdırılacaq.

Qeyd edək ki, gəmilərin tikintisi üçün ümumi sərmayə təxminən 6,638 milyard yuan (təxminən 930 milyon dollar) təşkil edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır