Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Türkiyənin gəmiqayırma zavodu 30 min ton yükgötürmə qabiliyyətinə malik üzən dokun tikintisini başa çatdırıb

Türkiyənin “Kuzey Star” gəmiqayırma zavodu 30 min ton yükgötürmə qabiliyyətinə malik üzən dokun tikintisini başa çatdırıb.

Bu barədə “Seanews.az” türk nəşrlərinə istinadən yazır.

“Kuzey Star” gəmiqayırma zavodu 2021-ci ildə Türkiyədə “Akkuyu” atom elektrik stansiyasının tikintisini həyata keçirən (“Rosatom”-a daxildir) “Atomflot” ilə müqavilə imzalayıb. Rusiyanın “Project 22220” nüvə buzqıran gəmisinin layihəsi çərçivəsində üzən dokun tikintisinə dair razılıq əldə olunub.

Türkiyə şirkəti tərəfindən inşa edilən üzən dok Rusiya nüvə buzqıran gəmilərinin texniki xidmət və təmirini həyata keçirəcək.

Üzən dok 29 ay ərzində 69 milyon dollara tikilib.

Dokun uzunluğu 220 metr, eni 48 metr, heyəti 30 nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır