Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

“Fincantieri” tərsanəsində mayeləşdirilmiş təbii qazla işləyən kruiz gəmisi suya buraxılıb

İtaliyanın Monfalcone şəhərindəki “Fincantieri” tərsanəsi mayeləşdirilmiş təbii qazla (LNG) işləyən ikinci kruiz gəmisi “Star Princess”-i suya buraxıb.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmiqayırma şirkətinin mətbuat xidmətindən bildirilib.

Təxminən 178 000 ton tutumlu “Star Princess” ilin əvvəlində təhvil verilmiş “Sun Princess”-in oxşarıdır. Bu, İtaliyada inşa edilmiş ikinci ən böyük gəmidir və “Fincantieri” tərsanəsinin 17 ən müasir gəmidən ibarət donanmanı idarə edən kruiz operatoru “Princess Cruises” üçün inşa etdiyi ikinci LNG layneridir.

Bu layner həm də “Princess Cruises” şirkətinin donanmasında ilk növbədə LNG ilə işləyən ikinci iki yanacaqlı gəmi olacaq.

“Star Princess”-in təhvil verilməsi 2025-ci ilin payızında gözlənilir. Yeni gəmi 4300 sərnişini qəbul edəcək.

18 gəmiqayırma zavodunu birləşdirən “Fincantieri” dünyanın iri gəmiqayırma qruplarından biridir. Kruiz gəmilərinin və bərələrin, dəniz gəmilərinin və meqayaxtaların inşası üzrə ixtisaslaşan qrupun gəmiqayırma zavodlarında 7 mindən çox gəmi tikilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır