Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” 5 milyard dollarlıq konteyner gəmiləri sifariş edib

“Hapag-Lloyd” iki Çin tərsanəsinə konteyner gəmilərinin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, sövdələşmə 5,25 milyard dollar dəyərində qiymətləndirilir.

Beləliklə, “Yangzijiang Shipbuilding” şirkəti alman daşıyıcısı üçün mayeləşdirilmiş təbii qazla işləyən (LNG) 10 konteyner gəmisi (üstəlik daha beş konteyner gəmisi üçün seçim) inşa edəcək. Tutumu 17 min TEU olan bu gəmilərin hər birinin dəyəri 210 milyon dollardır. Onlar 1,6 min soyuducu qurğu ilə təchiz ediləcək.

Digər bir müqavilə “New Times Shipbuilding” şirkəti ilə bağlanıb. Şirkətin tərsanələrində “Hapag-Lloyd” üçün mayeləşdirilmiş təbii qazla işləyən 9 min TEU tutumlu 10 konteyner gəmisi inşa ediləcək. Gəmilərin hər birinin dəyəri 140 milyon dollardır. Müqavilə daha beş oxşar gəmini tikmək imkanını nəzərdə tutur.

Ümumilikdə, bu sifarişlər “Hapag-Lloyd”-un daşıma qabiliyyətinə 393 min TEU əlavə edəcək və onun dünyada beşinci böyük konteyner xətti kimi mövqeyini gücləndirəcək.

Xatırladaq ki, aprel ayında “Hapag-Lloyd” gəmiçilik şirkəti 2030-cu ilə qədər dövr üçün orta müddətli biznes planını açıqlamışdı, şirkətin baş direktoru Rolf Habben Jensenin sözlərinə görə, bu, “şirkətin ən iddialı strategiyasıdır və donanmanın ciddi şəkildə genişləndirilməsini nəzərdə tutur”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır